Qılıncoynatma üzrə paytaxt birinciliyi keçirilib

Qılıncoynatma üzrə paytaxt birinciliyi keçirilib


Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin həyata keçirdiyi tədbirlər planına əsasən Azərbaycan Qılıncoynatma Federasiyasının idman salonunda gənclər arasında qılıncoynatma üzrə Bakı birinciliyi keçirilib.

Birincilikdə "Neftçi” İSM, 8 saylı İOEUGİM, 14 saylı UGİM, "Fencing” İK kimi komandaları təmsil edən 54 idmançı (21 oğlan, 33 qız) şpaqa, sablya, rapira növlər üzrə mübarizə aparıblar. Şpaqa növü üzrə keçirilən yarışda qızlar arasında Məryəm Məlikova ("Fencing” İK), sablya növündə Yekaterina Proxorova ("Neftçi” İSM), rapira növündə isə Nübar Məlikova ("Fencing” İK) I yerə layiq görülüblər.
Oğlanlar arasında keçirilən yarışda Fərid Məmmədov
(8 N-li İOEUGİM, şpaqa), Cavanşir Səfərov (8 N-li İOEUGİM, sablya) və Cəmil Sadıqzadə ("Fencing” İK, rapira) ilk pillədə qəralaşıblar. Yarışda I, II və III yerlərə layiq görülmüş idmançılar Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunublar.