Messi PSJ-də son oyununa çıxacaq  

Messi PSJ-də son oyununa çıxacaq  

 Bu mövsüm başa çatdıqdan sonra Lionel Messi PSJ-ni tərk edəcək.  Bu barədə məlumatı klubun baş məşqçisi Kristof Qaltye jurnalistlərə bildirib. O deyib ki, Liqa-1-ci 38-ci turunun "Klermon"a qarşı matçı argentinalı futbolçunun Paris təmsilçisində sonuncu oyunu olacaq. "Mənim üçün dünya futbol tarixinin ən yaxşı oyunçusunu çalışdırmaq fəxr idi. "Klermon"a qarşı görüş Leonun "Park de Prens"dəki sonuncu oyunu olacaq" - deyə o bildirib. PSJ - "Klermon" matçı iyunun 3-ü, Bakı vaxtı ilə saat 23:00-da başlanacaq. Bu, PSJ-nin cari mövsümdə sonuncu oyunu olacaq.

Qeyd edək ki, 35 yaşlı Messinin PSJ ilə müqaviləsi bu mövsümün sonu başa çatır. O, klubla 2021-ci ilin avqustunda 2 mövsümlük müqavilə imzalamışdı. Messi bu mövsüm PSJ ilə bütün turnirlərdə 40 oyunda meydana çıxıb, 21 qol vurub, 20 qolun ötürməsini edib.