Benzema «Real»ı tərk etməyəcək

 Benzema «Real»ı tərk etməyəcək

Madrid "Real"ının hücumçusu Kərim Benzema yay transfer pəncərəsində klubu tərk etməyəcək. Bu haqda “Marca" nəşri məlumat yayıb. Nəşrin yazdığına görə, futbolçu növbəti mövsümdə də Madrid klubunda qalacaq.

Fransız hücumçu onun İspaniyada son mövsümü ola biləcək turniri əla keçirmək üçün özündə kifayət qədər güc hiss edir. Həmçinin bildirilir ki, Benzema ona olan böyük marağa görə Səudiyyə Ərəbistanına minnətdardır və növbəti mövsümün sonunda onlarla dialoqu davam etdirməyə hazırdır. Dahaəvvəl fransalı "Real” Madriddən mümkün gedişi haqda danışarkən demişdi: “Mən hələ də buradayam. Yalnız internetdə getməkdən danışırlar. İnternet isə həqiqət deyil”. Benzema 2009-cu ildən Madrid klubunda çıxış edir. Onun müqaviləsi bu mövsümün sonuna kimidir.

35 yaşlı fransız bu mövsüm bütün turnirlərdə 42 oyuna çıxıb, 30 qol vurub və 6 məhsuldar ötürmə edib.