Latviyanın Liepaya şəhəri qadın idman gimnastikası üzrə açıq beynəlxalq turnirə ev sahibliyi edib. Yarış gimnastlarımızın uğurlu çıxışları ilə yadda qalıb. Milli komandamızın üzvü Albina Əliyeva dayaqlı tullanma və gimnastika tirində bütün rəqiblərini üstələyərək qızıl medal qazanıb. Xədicə Abbaszadə çoxnövçülük, dayaqlı tullanma və gimnastika tirində ikinci, sərbəst hərəkətlər, müxtəlif hündürlüklü qollar ilə hərəkətlərin icrasında üçüncü olub. Leyla Məmmədzadə isə çoxnövçülük proqramında bürünc medal əldə edib.