Üzgüçülük üzrə Azərbaycan millisi böyük uğura imza atıb. Belə ki, iyunun 2-4-də Çexiyanın Praqa şəhərində keçirilən “Çexiya Open Cup 2023” beynəlxalq turnirində milli komandamızın yetirmələri 2 qızıl, 4 gümüş və 4 bürünc medal qazanıblar. Olimpiya Oyunlarına lisensizya xarakterli yarışda Oqtay Hüseynov 2 qızıl, 2 bürünc, Əbdürrəhman Rüstəmov 1 qızıl, 2 gümüş, Ramil Vəlizadə 1 gümüş, Məryəm Şeyxəlizadəhangah 1 gümüş, Rəşad Alquliyev 1 gümüş qazanmaqla millimiz yüksək nəticələr göstəriblər.
Milli komandamız dünən axşam saatlarında Vətənə dönüb. Hava limanında idmançılarımızı Azərbaycan Gənclər və İdman Nazirliyinin nümayəndələri, Azərbaycan Üzgüçülük Federasiyasının rəsmiləri, idman ictimaiyyətinin nümayəndələri və valideynlər qarşılayıb.