Daha bir futbolçu ərəblərin diqqət mərkəzində

Daha bir futbolçu ərəblərin diqqət mərkəzində

Daha bir futbolçu Səudiyyə Ərəbistanı çempionatında oynaya bilər. Bu, İngiltərənin “Mançester Siti” klubunun türkəsilli futbolçusu İlkay Gündoğandır. Belə ki, Səudiyyə Ərəbistanının bir neçə klubu 32 yaşlı yarımmüdafiəçini azad agent kimi transfer etmək istəyir. Komandalar transfer üçün onun agenti ilə əlaqə saxlayıb. Onlar UEFA Çempionlar Liqası finalından sonra oyunçu ilə rəsmi danışıqlara başlayacaqlar.