Azərbaycan nümayəndə heyətinin rəhbəri müəyyənləşdi

Azərbaycan nümayəndə heyətinin rəhbəri müəyyənləşdi

Paris-2024 Yay Paralimpiya Oyunlarına yollanacaq Azərbaycan nümayəndə heyətinin rəhbərinin adına aydınlıq gəlib. Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimovun müvafiq əmrinə əsasən qurumun beynəlxalq əlaqələr və marketinq şöbəsinin müdiri Rüfət Hacılı Paris-2024-də Azərbaycan nümayəndə heyətinin rəhbəri olacaq.

Qeyd edək ki, Paris-2024 Yay Paralimpiya Oyunları avqustun 28-dən sentyabrın 8-dək davam edəcək.