Ərəblər Modriçi şirnikləndirə bilmədilər

Ərəblər Modriçi şirnikləndirə bilmədilər

Xorvatiyalı yarımmüdafiəçi Luka Modriç Madrid “Real”ı ilə yeni müqavilə imzalayıb. 37 yaşlı futbolçu doğma klubu ilə daha bir il bir yerdə olacaq. Qeyd edək ki, bir neçə gün əvvəl KİV-də yayılan xəbərə görə, Modriçə Səudiyyə Ərəbistanı klublarından birindən 3 illik təklif göndərilmişdi. Lakin xorvatiyalı futbolçu daha yaxşı variantı seçərək, «Real»ı tərk etmədi.