Gəncə Olimpiya İdman Kompleksində yeniyetmə oğlan və qızlar arasında görkəmli Azərbaycan şairi Məhsəti Gəncəvinin yaradıcılığının 900 illik yubileyinə həsr edilmiş yunan-Roma güləşi üzrə açıq respublika birinciliyi keçirilib.
1997-1999-cu illər təvəllüdlü gənclərin iştirakı ilə keçirilən yarışlarda Gəncə ilə yanaşı, Bakı, Zaqatala, Masallı, Sumqayıt, Goranboy və Şəmkirdən 50-dək idmançı iştirak edib. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışlarda Sumqayıt idmançıları 3, Bakı və Gəncə idmançıları 2, Goranboy və Zaqatala idmançıları isə 1 medal qazanıblar.