Gimnastlarımız Avstriyaya yollanıblar

Gimnastlarımız Avstriyaya yollanıblar

Azərbaycanın bədii gimnastları Azadə Atakişiyeva, Alina Kolesnikova, Yelizaveta Yefremova, Zəhra Tahirova Avstriyanın Obertraun şəhərində keçiriləcək təlim-məşq toplanışında iştirak edəcəklər.

İdmançılar hazırlıq prosesi ilə bağlı Avstriyaya yollanıblar.

Hazırlıq prosesinə iyulun 1-də yekun vurulacaq.