Polşada təşkil olunan III Avropa Oyunlarının taekvondo yarışları başa çatıb. Sonuncu yarış günündə daha bir taekvondoçumuz mübarizə aparıb. Komandamızın üzvü Taleh Süleymanov 87 kq çəki dərəcəsində dayanq üzərinə çıxıb. İdmançımız yarışı medalsız başa vurub. T.Süleymanovun səkkizdəbir finalda Aleksander Baxmanla (Almaniya) üz-üzə gəlib. Qarşılaşma rəqibin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. A.Baxman finala vəsiqə qazana bilmədiyi üçün idmançımız da təsəlliverici görüşdə iştirak etmək hüququndan məhrum olub.
Beləliklə, Azərbaycan taekvondoçuları yarışı iki medalla başa vurublar. Səyyad Dadaşov (54 kq) gümüş, Qaşım Maqomedov (58 kq) bürünc medal qazanıblar.