Beynəlxalq Şahmat Federasiyası (FIDE) iyul ayı üçün reytinq cədvəlini açıqlayıb. Ötən ay olduğu kimi, ilk "10-luq"da Azərbaycan təmsilçisi yer almayıb.
Teymur Rəcəbov (2 747 xal) 1 pillə irəliləyərək 12-ci sıraya yüksəlib. Şəhriyar Məmmədyarov (2 742 xal) isə 15-ci pillədən 14-cü yerə yüksəlib.
Qədir Hüseynov isə (2 661) 3 pilləlik sıçrayışla əvvəlki mövqeyinə - 83-cü sıraya qalxıb.
Siyahıya yenə də norveçli Maqnus Karlsen (2 853) başçılıq edir. 2 və 3-cü pillələrdə isə ABŞ təmsilçiləri Hikaru Nakamura (2 787) və Fabiano Karuana (2 782) qərarlaşıblar.
Qadın şahmatçılardan Günay Məmmədzadə (2 448) 26-cı, Ülviyyə Fətəliyeva (2 401) 53-cü, Xanım Balacayeva (2 368) 79-cu, Gülnar Məmmədova (2 357) 86-cı, Gövhər Beydullayeva (2 355) 92-ci sırada yer alıb.