Gimnastlarımız beynəlxalq turnirlərdə fərqləndilər

Gimnastlarımız beynəlxalq turnirlərdə fərqləndilər

Azərbaycanın iki idman gimnastı beynəlxalq turnirlərdə uğurlu çıxış edib. Yığmanın üzvü Nikita Simonov Türkiyənin Mersin şəhərində keçirilən “Challenge” seriyasına aid Dünya Kubokunda qızıl medal qazanıb.

27 yaşlı idmançı halqalarla hərəkətin icrasında bütün rəqiblərini qabaqlayıb.

Millinin digər gimnastı İvan Tixonov isə Rumıniyanın paytaxtı Buxarestdə təşkil olunan “RoamGym Trophy 2023” beynəlxalq turnirində fərqlənib. O, dəstəkli atda bürünc medala sahib çıxıb.