Heyətinə ən çox sərmayə yatıran futbol klubları

Heyətinə ən çox sərmayə yatıran futbol klubları

Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CİES) hazırkı heyətlərinə ən çox sərmayə yatıran klubların siyahısını dərc edib. İlk “100-lük”də 19 müxtəlif liqanın komandaları qərarlaşıblar.

Cəmi 4 klubun futbolçuları üçün xərclədiyi ümumi məbləğ 1 milyard avroya çatıb. Onlardan üçü İngiltərə Premyer Liqasının təmsilçiləridir. Siyahıya müvafiq olaraq “Mançester Yunayted”, “Çelsi” və “Mançester Siti” başçılıq edirlər.

İlk “100-lüy”ə Türkiyənin də üç klubu düşüb. “Fənərbağça” oyunçularının transferinə 114, “Qalatasaray” 84, “Beşiktaş” isə 54 milyon avro xərc çəkib.

İlk “10-luq”:

1. “Mançester Yunayted” (İngiltərə) – 1 milyard 150 milyon avro

2. “Çelsi” (İngiltərə) – 1 milyard 134 milyon

3. “Mançester Siti” (İngiltərə) – 1 milyard 42 milyon

4. PSJ (Fransa) – 1 milyard

5. “Arsenal” (İngiltərə) – 836 milyon

6. “Tottenhem” (İngiltərə) – 829 milyon

7. “Liverpul” (İngiltərə) – 770 milyon

8. “Real” (İspaniya) – 708 milyon

9. “Nyukasl” (İngiltərə) – 661 milyon

10. “Aston Villa” (İngiltərə) – 505 milyon