Gürcüstanın Batumi şəhərində stolüstü tennis üzrə dünya seriyalı “WTT Youth Contender” turnirinə start verilib. Yarışda Azərbaycan komandası da təmsil olunur. Turnirdə əvvəlcə qızlar mübarizəyə başlayıblar. Sentyabrın 21-dək davam edəcək qızların yarışında məşqçilər Fərhad İsmayılov və Elnur Hidayətzadənin rəhbərliyi ilə Zemfira Mikayılova, Ləman Abdulhəmidova, Nigar Mahmudova, Xədicə Əbilzadə, Mərziyyə Nurmətova, Aylin Əsgərova, Arzu Aslanova, Aysu Ağayeva, Xədicə Eylazova və Yağmur Məmmədliyə şans verib. Sentyabrın 21-dən 24-dək isə məşqçi Ramil Cəfərovun rəhbərliyi ilə Adil Əhmədzadə, Rüstəm Hacılı, Hüseyn Eylazov, Onur Quluzadə və Tunar Bağırovdan ibarət komanda etimadı doğrultmağa çalışacaq.
Stolüstü tennisçilərimiz beynəlxalq yarışda mübarizə aparırlar