XI Respublika spartakiadasında qazanılan uğur

XI Respublika spartakiadasında qazanılan uğur

Gənclər və idman, təhsil nazirlikləri, Milli Olimpiya Komitəsi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə qərarı və "Gənclik” Tələbə İdman Cəmiyyəti Respublika Şurasının təşkilatçları ilə təhsil müəssisələri arasında keçirilən XI Respublika spartakiadası davam edir.
Spartakiadannn təqvim planına 6 idman növü - atletika, şahmat, dama, voleybol, basketbol və stolüstü tennis daxil edilib.
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda idmanın dama növü üzrə yarış keçirilib. On bir komandanın mübarizə apardığı yarışda Bakı Texniki Kollecinin tələbələri bütün rəqiblərindən üstün olublar. Bakı Dövlət Neft-Energetika Kollecinin komandası ikinci, Bakı Biznes və Kooperasiya Kollecinin damaçıları isə üçüncü yerlə kifayətləniblər.