Ənənəvi “Dostluq yarışı”ndan uğurlu nəticə

Ənənəvi “Dostluq yarışı”ndan uğurlu nəticə

Oktyabrın 13-14-də Çex Respublikasının Yablones nad Nisou şəhərində batut gimnastikası üzrə “Friendship-2023” beynəlxalq turniri keçirilib. Ənənəvi “Dostluq yarışı”nda ölkəmizi batut gimnastikası üzrə yığma komandamızın üzvləri Fərhad Mustafayev, Ayan Şabanova, İbrahim Mustafazadə, Ammar Baxşaliyev, Əli Niftəliyev, Hüseyn Abbasov, Mehdi Əliyev, Ömər Qasımlı, Samirə Hüseynova, Nicat Mirzəyev təmsil ediblər. Komandamızın üzvləri Fərhad Mustafayev və Ömər Qasımlı, eləcə də Əli Niftəliyev və Mehdi Əliyev cütlüyü sinxron proqramda qızıl medallara layiq görülüblər. Hüseyn Abbasov və Nicat Mirzəyev isə sinxron proqramda gümüş medal qazanıb. Təmsilçimiz Hüseyn Abbasov fərdi proqramda da eyni uğura imza ataraq ikinci olub.