Özbəkistanın paytaxtı Daşkənddə Azərbaycanın və Özbəkistanın Dövlət Müstəqilliyi Günü münasibəti ilə yeniyetmələr arasında yunan-Roma və sərbəst güləş üzrə turnir keçirilib.
Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) və Özbəkistan Güləş Federasiyasının (ÖGF) birgə keçirdiyi yarışlarda federasiyanın, mədəniyyət mərkəzinin rəhbərləri, veteran idmançılar, Azərbaycan diasporunun üzvləri iştirak ediblər. Gərgin idman mübarizəsi şəraitində keçən turnirdə qələbə qazanan idmançılar yunan-Roma və sərbəst güləş üzrə Daşkənddə keçiriləcək dünya çempionatına vəsiqə əldə ediblər.
Özbəkistanın idman həyatında fəal iştirak etdiyinə görə, Özbəkistan Güləş Federasiyası AMM-nin rəhbərliyini diplom və hədiyyələrlə mükafatlandırıb.