Qızıl payız mövsümünün rəngarəng çıxışları

Qızıl payız mövsümünün rəngarəng çıxışları

Gimnastika növünün ən zərif nümayəndələri Qubada bir araya gəliblər. Quba Olimpiya İdman Kompleksində keçirilən28-ci Azərbaycan birinciliyində 122 fərdi gimnast və 9 qrup komandası ölkənin ən güclüsü adı uğrunda mübarizə aparıb. Yarışda iştirak edən gimnastlar "Ocaq Sport” Klubunun paytaxtla yanaşı, Şamaxı və Zaqatala bölmələrini, İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika Məktəbi (BGM), Respublika Kompleks İdman Məktəbi, “Grasiya” İdman Klubu, Su İdmanı Sarayı, “Zabrat” İdman Klubu, Zirə Mədəniyyət Mərkəzi, Abşeron OİK, Gəncə OİK, Göyçay OİK, Lənkəran OİK, Masallı OİK, Qusar OİK, Şirvan OİK, Şəmkir Gənclər Evi və Naxçıvanı təmsil ediblər. Yarışın ilk günündə keçirilən Azərbaycan birinciliyinin açılış mərasimində Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov çıxış edərək idmançılara uğurlar arzulayıb.

Daha sonra gimnastların ifasında təqdim olunan maraqlı və rəngarəng kompozisiyadan ibarət nümunəvi çıxışlar tamaşaçıların marağına səbəb olub. Qızıl payız mövsümünün gözəlliyindən ilham alan gimnastlar bu dəfə öz peşəkar çıxışlarını Quba sakinlərinə nümayiş etdiriblər.

Yarışda idmançılar balacalar (2013, 2014, 2015-ci illər təvəllüdlülər), yeniyetmələr (2011-2012-ci illər təvəllüdlülər), gənclər (2008-2010-cu illər təvəllüdlülər) yaş kateqoriyalarında mübarizə aparıblar.

Qaliblər fərdi proqramda yaş qruplarına müvafiq olaraq çoxnövçülük üzrə müəyyənləşib. Fərdi gimnastlara qrup hərəkətləri proqramında çıxış edən 2008-2010-cu illər, 2011-2012-ci il illər, eləcə də 2013-2015-ci illər təvəllüdlü gimnastlar da qoşulublar. Onlar da öz aralarında müvafiq yaş kateqoriyalarında qalibi müəyyənləşdiriblər.

Qeyd edək ki, AGF tərəfindən milli yarışların məhz bölgələrimizdə təşkili artıq ənənə halını alıb.

Qubada keçirilən Azərbaycan birinciliyi bu il AGF-nin bölgədə təşkil etdiyi üçüncü yarış olub. Xatırladaq ki, federasiya tərəfindən bədii gimnastika üzrə may ayında Lənkəranda7-cı bölgələrarası kubok,sentyabr ayında isə “Grace of nature” beynəlxalq turniri təşkil edilib.

Qızıl payız mövsümünün rəngarəng çıxışları