Beynəlxalq turnirdə 8 medal

Beynəlxalq turnirdə 8 medal

Latviyanın paytaxtı Riqada keçirilən “Riga City Council's Youth Cup” turnirinə yekun vurulub. Seçmə komandamız beynəlxalq yarışı 8 medalla başa vurub.

Yarışın son günündə Zemfira Mikayılova, Arzu Aslanova və Adil Əhmədzadə 19 yaşadək idmançılar arasında bürünc mükafata sahib çıxıb. Rüstəm Hacılı isə təsəlliverici görüşlərdə turnirin xüsusi kubokuna layiq görülüb.

Xatırladaq ki, turnirin ilk günlərində keçirilən digər yaş qrupları üzrə yarışlarda Aylin Əsgərova qızıl, Adil Əhmədzadə ilə Tunar Bağırov gümüş, Xədicə Eylazova isə bürünc medala sahib çıxıb.