Azad Rəhimov Monakoda keçirilən Beynəlxalq Forumda iştirak edəcək

Azad Rəhimov Monakoda keçirilən Beynəlxalq Forumda iştirak edəcək



Azərbaycan Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən olimpnews.az-a daxil olan xəbərə görə, nazir Azad Rəhimov noyabr 6-da Monakoya rəsmi səfərə gedib. A.Rəhimov Monako knyazlığında şahzadə II Albertin himayəsi ilə keçirilən 7-ci "Sülh və idman” Beynəlxalq Forumunda iştirak edəcək.
Tədbir çərçivəsində dünyanın 100-dən artıq ölkəsindən 700-dən çox siyasi və idman liderləri, beynəlxalq təşkilatların rəhbərləri və elm sahəsinin nümayəndələri bir araya gələrək beynəlxalq idman əməkdaşlığının möhkəmləndirilməsi, idmana qoyulan sərmayənin artırılması və digər mühüm mövzular ətrafında müzakirələr aparacaqlar. Tədbirdə eyni zamanda Bakı 2015 Olimpiya Oyunları haqda da iştirakçılara məlumat veriləcək.
Tədbir 8 noyabrda öz işini yekunlaşdıracaq.