“Olimpiya Dərsliyi” kitabının təqdimatı keçirildi

“Olimpiya Dərsliyi” kitabının təqdimatı keçirildi

Noyabrın 6-da Park Bulvar AVM-də "Olimpiya Dərsliyi” kitabında yer alan fotoların sərgi şəklində təqdimat mərasimi keçirilib. Sərgi Gənclər Fondu, Milli Olimpiya Komitəsi Ədalətli Oyunlar Komitəsi, "Park Layihənin ideya müəllifi isə fərdi gənc Azərbaycan İdman Akademiyasının məzunu Altay Yusif-zadə, kitabın müəllifi isə Milli Olimpiya Komitəsi Ədalətli Oyunlar Komitəsinin katibi Səlhət Abbasovadır.
Belə ki, A.Yusif-zadənin Gənclər Fonduna təqdim etdiyi fərdi layihəsi fond tərəfindən müsabiqədə qalib olub.
Tədbirdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) rektoru Ağacan Abıyev, Ədalətli Oyunlar Komissiyasının məsul katibi Səlhət Abbasova, Gənclər və İdman Nazirliyinin sektor müdiri Aydın Məmmədov, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu Strateji Planlaşdırma və Beynəlxalq Əlaqələr sektorunun müdiri Orxan Ərəbov və digər nümayəndələr iştirak ediblər.
Tədbirdə çıxış edən S.Abbasova Azərbaycanda Olimpiya Hərəkatının geniş vüsət aldığını deyib: "Olimpiya Hərəkatının tarixi və onun yaranması ilə bağlı ölkəmizdə kifayət qədər kitablar yazılıb. Bu kitabı yazmaqda isə mənə stimul verən Beynəlxalq Olimpiya Akademiyası xətti ilə iştirak etdiyim seminarlar olub. Kitabın təqdimatında verdiyim əsas önəm isə onun oxucuya daha cazibədar və maraqlı yöndən tanıdılması olub. Əslində burada olan materialları təbii ki, həm internet səhifələrində həm də kitablarda tapa bilərlər. Sadəcə burada olan məlumatların bu şəkildə verilməsi düşünürəm ki, xalqımızın olimpizmə olan marağını daha da artırmağa xidmət edə bilər”.
S.Abbasovanın sözlərinə görə, kitab qədim və müasir Olimpiya oyunlarının təşəkkülü, inkişafı və onların cəmiyyətdə bərqərar olması haqqında və keçdiyi inkişaf yolundan bəhs edir.
"Burada qədim Olimpiya, Yunan və müasir Olimpiya oyunlarının başlandığı dövrdən, həm yay, həm də qış Olimpiya oyunları haqqında, həmçinin qədim Olimpiya xartiyası haqqında geniş məlumatlar var.
"Düşünürəm ki, bu kitab gənclər üçün çox faydalıdır. Bugünkü isə bir gəncin təşəbbüsü ilə keçirilən sərgi onu göstərir ki, artıq bu gənclərin diqqətini cəlb edən bir layihədir”.
A.Yusif-zadə isə bildirib ki, Bakı 2015-ci ildə böyük tədbirə - Avropa Olimpiya Oyunlarına ev sahibliyi edəcək və bu kitab bunun üçün layiqli töhfədir: "Düşünürəm ki, bizə uzaq gəlsə də hər kəs bu tədbirə ilk gündən hazırlaşmalıdır. Bir gənc kimi Avropa ölkələri arasında Olimpiya Oyunları kimi möhtəşəm tədbirə mən də öz töhfəmi vermək istədim”.
Mərasimdə çıxış edən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Ağacan Abıyev isə Olimpiya oyunlarının keçdiyi inkişaf yolundan danışıb.
"Bu gün Azərbaycanda idman inkişaf edir. Artıq 2015-ci ildə Avropa Olimpiya oyunlarının keçiriləcəyi isə bir daha sübut edir ki, ölkəmizdə idmana böyük maraq var və bu maraq özünü sürətli inkişafda göstərir. Düşünürəm ki, bu kitab idmana marağı olan şəxslərin xüsusi diqqətini çəkəcək”.
Gənclər Fondunun sektor müdiri Orxan Ərəbov isə fondun gənclər üçün təklif etdiyi böyük imkanlardan danışıb.
Qeyd edək ki, sərgi 2 həftə davam edəcək.