Voronejdə SSRİ idman ustası Viktor Lovtsovun xatirəsinə həsr olunmuş 12-ci ənənəvi yunan-Roma güləşi üzrə açıq turnir keçirilib.
Turnirə Azərbaycandan, Ermənistandan, Novoçerkesskdən, Rostovdan, Tambovdan, Orldan, Belqoroddan, Voronej və Ryazan vilayətindən, Lipetskdən və digər regionlardan 250 idmançı qoşulub.
Ümumi olaraq turnirdə 22 komanda iştirak edib. Yekunda Azərbaycan güləşçiləri 5 medal əldə ediblər. Elmir Əliyev (29 kq) qızıl, Orxan Əsgərov (54 kq) və Həsən Heydərov gümüş, Ramil İsrafilov (42 kq) və Kamran Mirzəliyev (58 kq) isə bürünc medal qazanıblar.