Çaparımız ən reytinqli həmkarından üstün olub

Çaparımız ən reytinqli həmkarından üstün olub

Fransanın Lion şəhərində atçılığın konkur növü üzrə CSİ5* kateqoriyalı beynəlxalq Qran-pri turniri keçirilib.
Yarışda dünyanın ən güclü 50 idmançısı birincilik uğrunda mübarizə aparıb. Turnirdə Azərbaycanı "Uorrior” ləqəbli atla Camal Rəhimov təmsil edib.
İdmançımız təsnifat mərhələsində uğurla çıxış edərək finala yüksəlib. Həlledici mərhələdə Camal Rəhimov maneələri uğurla dəf etsə də, limiti 2 saniyə keçib. Nəticədə, o, 15-ci yeri tutub. Çaparımız gərgin rəqabətdə bir neçə titullu idmançını geridə qoyub. Bunların sırasında dünyanın 1-ci reytinqli çaparı Ben Maher, Olimpiya çempionu Gerh Şloder və Avropa çempionu Roc Bosti də var.