Atletika üzrə yeni məşq bazasının açılışı olub - FOTO

Atletika üzrə yeni məşq bazasının açılışı olub - FOTO

Azərbaycan atletikasının 100 illik yubileyi ilə əlaqədar tədbirlər davam edir. Bu gün Avropa Atletika Assosiasiyasının və Azərbaycan Atletika Federasiyasının rəhbərliyi Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər. Rəsmilər ümummilli liderin məzarı önünə əklil və gül dəstələri qoyaraq xatirəsini yad ediblər. Həmçinin, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi ehtiramla anılıb. Ardından ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizədə canlarını fəda etmiş qəhrəman Vətən övladlarının xatirəsini yad etmək üçün Şəhidlər xiyabanı ziyarət edilib.

Daha sonra Əmircan qəsəbəsindəki 226 saylı tam orta məktəbin stadionunda atletikanın atma növləri üzrə məşq bazasının açılış mərasimi keçirilib. Tədbirdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Gənclər və İdman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasileva, Avropa Atletika Assosiasiyasının prezidenti Dobromir Karamarinov, Elm və Təhsil nazirinin müavini Firudin Qurbanov, Azərbaycan Atletika Federasiyasının prezidenti Cavid Qurbanov, Balkan Atletikasının prezidenti Slobodan Brankoviç və Turkiyə Atletika Federasiyasının prezidenti Fatih Çintimar iştirak ediblər.

Yeni istifadəyə verilən qurğuda idmançıların istifadəsi üçün çəkicatma, nizəatma, lövhəatma, nüvəitələmə, uzunluğa tullanma sektorları və qaçış cığırları mövcuddur. Bu gün həmçinin, Azərbaycan Atletika Federasiyasının yeni ofisinin açılış mərasimi keçirilib.

Atletika üzrə yeni məşq bazasının açılışı olub - FOTO Atletika üzrə yeni məşq bazasının açılışı olub - FOTO Atletika üzrə yeni məşq bazasının açılışı olub - FOTO Atletika üzrə yeni məşq bazasının açılışı olub - FOTO Atletika üzrə yeni məşq bazasının açılışı olub - FOTO Atletika üzrə yeni məşq bazasının açılışı olub - FOTO Atletika üzrə yeni məşq bazasının açılışı olub - FOTO Atletika üzrə yeni məşq bazasının açılışı olub - FOTO Atletika üzrə yeni məşq bazasının açılışı olub - FOTO Atletika üzrə yeni məşq bazasının açılışı olub - FOTO Atletika üzrə yeni məşq bazasının açılışı olub - FOTO