Kanada Bədii Gimnastika Federasiyası SSRİ yığmasının tərkibində məşqçilik fəaliyyəti ilə məşğul olan ikiqat Olimpiya çempionu Yelena Davıdovanı müvəqqəti olaraq yarışlardan kənarlaşdırıb.
Kanadanın Bədii Gimnastika Federasiyasının mətbuat xidməti bu xəbəri yayıb. Xatırladaq ki, bundan Kanada Bədii Gimnastika Federasiyası ikiqat olimpiya çempionu Elvira Saadiyə qarşı da bu addımı atıb. O, emosional və psixoloji zorakılıq iddialarına görə təqsirli bilinərək, ömürlük qadağa ilə qarşılaşıb.