18 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan millisi Latviyada keçirilən Şərqi Avropa Zonal Assosiasiyası (EEVZA) çempionatında sonuncu oyununu keçirib. Türkiyəli mütəxəssis Şahin Çatmanın rəhbərlik etdiyi komandamız Gürcüstanla üz-üzə gəlib. Dauqavpils şəhərində keçirdiyi əvvəlki 5 matçında Latviya, Ukrayna, Estoniya, Litva və Polşaya 0:3 hesabı ilə məğlub olan yığmamız bu dəfə də uğursuzluqla üzləşib. Gürcüstan komandası hər üç setdə yığmamıza qalib gəlib - 3:0 (25:11, 25:9, 25:12).