“Xarı Bülbül Laçın” ilk oyununda qalib gəldi

“Xarı Bülbül Laçın” ilk oyununda qalib gəldi

Bu gün kişi voleybolçular arasında ölkə birinciliyində növbəti oyun keçirilib. Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçirilən qarşılaşmada “Xarı Bülbül Laçın” və MOİK komandaları üz-üzə gəlib. Çempionatda ilk matçına çıxan Laçın komandası meydandan qalib ayrılıb. MOİK-i 3:0 hesabı ilə məğlub edən “Xarı Bülbül Laçın” bu qələbə ilə ilk xallarını qazanıb.