“Xarı Bülbül Şuşa” Çağırış Kubokunda növbəti oyununa çıxır

“Xarı Bülbül Şuşa” Çağırış Kubokunda növbəti oyununa çıxır

Kişi voleybolçulardan ibarət “Xarı Bülbül Şuşa” komandası Çağırış Kubokunun 1/16 final mərhələsində növbəti oyununu keçirəcək.

Ziya Rəcəbovun baş məşqçisi olduğu kollektiv Yunanıstanda “Panathinaikos” klubunun qonağı olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 22:30-da start götürəcək.

Qeyd edək ki, Bakıda keçirilən ilk görüşdə Şuşa təmsilçisi Yunanıstan komandasına 0:3 hesabı ilə məğlub olub.