Stolüstü tennisçilər ölkə birinciliyində bir araya gəldilər

Stolüstü tennisçilər ölkə birinciliyində bir araya gəldilər

Noyabrın 9-10-da Azərbaycan Tibb Universitetinin idman zalında 12 Noyabr - Konstitusiya Gününə həsr olunmuş stolüstü tennis üzrə Azərbaycan birinciliyi keçirilib. 2008-ci il təvəllüdlü və azyaşlı uşaqlar arasında keçirilən yarışda 42 (27 oğlan, 15 qız) idmançı qalib adı uğrunda mübarizə aparıb.
Turnirdə Bakının «Neftçi» İSM, Bakı Tennis Məktəbi, «Lokomotiv» İC, Qaradağ ilə yanaşı, Sumqayıtın 1 saylı UGİM, «Təhsil» RİM, Şəki, Şabran və Şirvan komandaları yarışıblar. Şəxsi xarakterli olan turnirdə Sadıq Sadıqov (Bakı Tennis Məktəbi) birinci yerə layiq görülüb. Nihat Məmmədov (Şabran) ikinci, Fəxri Abdullayev («Lokomotiv» İC) üçüncü yerlə kifayətləniblər. Qızların yarışında isə Şabran təimsilçiləri daha fəal olublar. Belə ki, Şabran tennisçiləri Aliyə Həsənova (Şabran) birinci, Zöhrə Abdullayeva isə kinci yeri tutublar. Bakı Tennis Məktəbinin idmançısı Aynur Orucova üçüncü yerə sahib çıxıb.
Qaliblər Stolüstü Tennis Federasiyası tərəfindən təqdim olunmuş doplom və hədiyyələrlə təltif olunublar.