İsmayıllıda atletika üzrə xatirə turniri keçirilib

İsmayıllıda atletika üzrə xatirə turniri keçirilib

 

İsmayıllı rayonunda şəhid Tural Şıxızadənin xatirəsinə həsr olunmuş atletika üzrə məktəblilər arasında turnir keçirilib. Turnir Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin və Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı ilə baş tutub. 22 komandanın mübarizə apardığı yarışda 80-ə yaxın idmançı qüvvəsinin sınayıb. Turnirin qalibləri diplom və medallarla təltif olunublar.