
Beynəlxalq Güləş Federasiyası (FİLA) Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatı zamanı "Ən yaxşı hücum edən güləşçi”, "Ən yaxşı müdafiə olunan güləşçi” və "Ən effektli güləşçi” nominasiyalarında reytinq siyahısını açıqlayıb.
Sərbəst güləş üzrə Azərbaycan yığma komandasının üzvü, Macarıstanda keçirilən dünya çempionatında komandamıza gümüş medal qazandıran Xetaq Qazyumov "Ən yaxşı müdafiə olunan güləşçi” nominasiyasında ilk onluqda yer alıb.
Məlumat üçün qeyd edək ki, Xetaq Olimpiya oyunlarının ikiqat bürünc mükafatçısı, dünya çempionu, dünya Kubokunun sahibi, üçqat Avropa çempionu, ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Qızıl Qran-pri” beynəlxalq turnirinin final mərhələsinin ikiqat qalibidir.