Dövlət Bayrağı Gününə həsr olunmuş idman turnirləri keçirilib

Dövlət Bayrağı Gününə həsr olunmuş idman turnirləri keçirilib

Astara rayonunda 9 Noyabr-Dövlət Bayrağı Gününə həsr olunmuş müxtəlif idman yarışları keçirilib.
Astara Şahmat Məktəbində, Olimpiya İdman Kompleksində və 3 saylı orta məktəbin zalında keçirilən şahmat, bosketbol, voleybol, həndbol yarışlarında şagirdlər birincilik uğrunda mübarizə aparıblar.
Rayonda həmçinin Dövlət Bayrağı Meydanından Səməd Vurğun-Heydər Əliyev prospekti marşurutu boyunca 3 kilometr məsafəyə kross qaçısı üzrə rayon turnir də keçirilib. Turnirdə 170 atlet iştirak edib. Qaliblər diplomlar və hədiyyələrlə təltif olunublar.