Masallı məktəbliləri tir yarışlarında

Masallı məktəbliləri tir yarışlarında

Noyabrın 6-7-də Masallı Gənclər Mərkəzində 9 Noyabr Bayraq Gününə həsr olunmuş Masallı rayon orta ümumtəhsil məktəblərinin IX-X-XI sinif şagirdləri arasında tir atıcılığı üzrə rayon turniri keçirilib.
Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən yarış yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsi işinin gücləndirilməsi və ümumtəhsil məktəblərində gənclərin çağırışaqədərki hazırlığı, məktəblilərə təlim silahlarından istifadə vərdişlərinin aşılanması və orduya hazırlanması məqsədi ilə təşkil olunub. 43 məktəbdən 172 nəfər şagirdin iştirakı ilə keçirilən yarışda orta ümumtəhsil məktəblərindən müxtəlif siniflər üzrə qaliblər müəyyənləşib. Yarışda ilk üç yerin sahibləri Masallı Rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.