XI Respublika Spartakiadasında voleybol yarışlarına yekun vurulub

XI Respublika Spartakiadasında voleybol yarışlarına yekun vurulub


Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Milli Olimpiya Komitəsi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə qərarı və "Gənclik” Tələbə İdman Cəmiyyəti Respublika Şurasının təşkilatçılığı ilə təhsil müəssisələri arasında XI Respublika Spartakiadası keçirilir.
Turnirdə voleybol üzrə yarışlara yekun vurulub. Bakı 2 saylı Baza Tibb Kollecində keçirilən qızların yarışında 10 komanda qalib adı uğrunda mübarizə aparıb.
Gərgin idman mübarizəsi şəraitində keçən yarışda Bakı Sosial Pedoqoji Kolleci I yerə layiq görülüb. Bakı Dovlət Sosial Iqtisad Kolleci ikinci, Bakı Biznes ve Kooperasiya Kolleci isə üçüncü yerlə kifayətlənib.