Bayram günlərinə həsr olunmuş yarış keçirilib

Bayram günlərinə həsr olunmuş yarış keçirilib


Azərbaycan Respublika Təhsil Nazirliyi Respublika Bədən Tərbiyəsi və İdman Mərkəzi tərəfindən Respublikamızın 20-dən çox şəhər və rayonlarında 9 Noyabr - Bayraq günü və 12 Noyabr - Konstitusiya gününə həsr olunmuş kütləvi idman yarışları keçirilib. Oktyabrın 26-dan noyabrın 8-dək keçirilən yarışlarda idmançılar futbol, voleybol, basketbol, milli güləş, kayak və kanoe, stolüstü tennis, şahmat və dama idman növlərində mübarizə aparıblar. Təhsil Nazirliyi Respublika Bədən Tərbiyəsi və İdman Mərkəzinin direktoru Qiyas Nəcəfov yarışların qaliblərinin mükafatlandırılması mərasimlərində iştirak edib və idmançılara uğurlar arzulayıb. Qaliblər Respublika Bədən Tərbiyəsi və İdman Mərkəzi tərəfindən müxtəlif dərəcəli diplom, medal, kubok və xatirə hədiyyələri ilə mükafatlandırılıblar.
Bu tədbirlər çərçivəsində noyabr ayının 7-də Şəki şəhər məktəblərinin spartakiadası təşkil edilib. Spartakiadada oğlanlar və qızlar arasında voleybol, basketbol və stolüstü tennis yarışları keçirilib. Turnirdə 500 nəfərə yaxın yeniyetmə və gənc öz qüvvə və bacarığını sınayıb.s