Yeniyetmə güləşçilərimizdən Tbilisidə 6 medal

Noyabrın 8-10-da Gürcüstanın Tbilisi şəhərində sərbəst güləş üzrə yeniyetmələr arasında Leri Xabelovun şərəfinə həsr olunmuş beynəlxalq turnir keçirilib. Turnirdə Qazaxıstan, Dağıstan, Gürcüstan, Cənubi Osetiya və Ermənistan ilə yanaşı, Azərbaycan idmançıları da iştirak ediblər. Yarışa 10 idmançı ilə yollanan "Zenit” idman cəmiyyətinin yetirmələri 6 medal qazanıblar. Təmsilçilərimizdən Əli Hüseynov (54 kq) və Zəlimxan Vəliyev (63 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Digər idmançılar Elvin Dünyamalıyev (42 kq), Fərid Zeynalov (46 kq), Əli Rəhimzadə (58 kq) və Emin Nəcəfzadə (69 kq) turniri bürünc medalla başa vurublar.