Voleybolçu qızlardan ibarət komandamız EEVZA çempionatında iştirak edəcək

Voleybolçu qızlardan ibarət komandamız EEVZA çempionatında iştirak edəcək

20 yaşadək voleybolçu qızlardan ibarət komandamız Litvanın Şaulyay şəhərində keçiriləcək Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının (EEVZA) çempionatında iştirak edəcək. Yanvarım 3-dən 7-dək davam edəcək yarışda ümumilikdə 6 ölkənin yığma komandası mübarizə aparacaq. Komandamız turnirdə Latviya, Ukrayna, Litva, Estoniya və Polşa kollektivləri ilə üz-üzə gələcək.

AVRO-2024-ə seçmə xarakteri daşıyan turnirin reqlamentinə əsasən, birinci yeri tutacaq komanda birbaşa qitə birinciliyinin final mərhələsinə vəsiqə qazanacaq.