Yüksək Liqa: sabah kişi voleybolçular arasında növbəti oyunlar keçiriləcək

Yüksək Liqa: sabah kişi voleybolçular arasında növbəti oyunlar keçiriləcək

 

Dekabrın 15-də kişi voleybolçular arasında Azərbaycan çempionatının növbəti oyunları keçiriləcək. Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunacaq ilk oyun saat 14:00-da “Xarı Bülbül Şuşa” və MOİK komandaları arasında olacaq. Voleybol azarkeşləri bu oyundan sonra saat 16:00-da “Xarı Bülbül Laçın” və “Azərreyl” komandalarının oyununu izləyəcəklər. Günün son matçı isə saat 18:00-da baş tutacaq. Həmin oyunda “Murov Az Terminal” komandası “Neftçi” ilə üz-üzə gələcək.