Azərbaycan Voleybol Federasiyası seleksiya tədbirləri çərçivəsində Bakıda yerləşən “İstanbul Bakı” idman klubunda olublar. Yeniyetmə və gənc voleybolçuların müəyyənləşdirilməsi istiqamətində işləri davam etdirən AVF nümayəndələri burada Bəxtiyar Hüseynov və Pərvin Hüseynovanın rəhbərliyi ilə məşq edən 50-dən çox 15 yaşadək qızların məşqini izləyiblər. Mütəxəssislər müəyyən edilmiş kriteriyalara uyğun gələn idmançıların qeydiyyatını aparıblar. Seçilmiş 8 voleybolçu yeniyetmə və gənc qızlardan ibarət komandaların rəhbəri Şahin Çatma tərəfindən keçiriləcək “Gənc istedadların müəyyənləşdirilməsi və inkişafı düşərgəsi”nə cəlb olunacaqlar.
AVF nümayəndələri gənc istedadların müəyyənləşdirilməsi istiqamətində işlərini davam etdirir