Çövkən milli atüstü oyunu üzrə Prezident Kubokunda ikinci yarış gününə yekun vurulub. Binə Atçılıq Mərkəzinin qapalı manejində təşkil olunan turnirin ikinci günündə dörd görüş keçirilib.
İlk oyunda “Sərhədçi-Qarabağ” komandası “Köhlən”i 4:1 hesabı ilə məğlub edib. İkinci matçda “Polad” “Şirvan" komandasına 5 cavabsız qolla qalib gəlib. Üçüncü görüşdə “Sərhədçi-Dilbaz” “Zəfəri”ı üstələyib – 5:1.
Günün mərkəzi qarşılaşmasında isə “Omar” və “Embavood” üz-üzə gəlib. Oyun 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Qeyd edək ki, çövkən üzrə Prezident Kubokuna dekabrın 23-də yekun vurulacaq.