İngiltərə Premyer Liqasının 17-ci turunun oyununda “Arsenal” və “Brayton” komandaları qarşılaşıb. Komandalar Londonun “Emirates Stadium”unda “topçular” "qağayılar”dan üstün olub - 2:0. Oyunun 53-cü dəqiqəsind Qabriel Jezus hesabı açıb. Sona 3 dəqiqə qalmış, 87-ci dəqiqədə Kay Havertz "topçuların" üstünlüyünü iki topa çatdırıb. Bununla da Migel Artetanın komandası liderliy mövqeyini gücləndirib.