Xəbər verdiyimiz kimi, 2024-25 mövsümündən etibarən Çempionlar Liqasında yeni format tətbiq olunacaq. ÇL-nin yeni formatı və yeni Klublarası Dünya Kuboku futbolçuları yükləyə bilər. Belə ki, "Sky Sports"un məlumatına görə, oyunçular 2025-ci ildən etibarən bir mövsüm ərzində 80 oyun keçirə bilərlər. Bu ağır qrafik isə, zədələnmələrə, fiziki formanın bərpa edilməsinin çətinləşməsinə gətirib çıxaracaq.
Futbolçular üçün 80 oyun çox deyil?