Dieqo Alonsonun gedişindən sonra baş məşqçi axtarışına çıxan "Sevilya"ya rəhbərliyi deyəsən namizəd tapıb. Ola bilsin ki, Kike Sançes "Sevilya"nın yeni baş məşqçisi olsun. Todofichajes.com saytının məlumatına görə, tərəflər arasında ilkin danışıqlar olub. 58 yaşlı mütəxəssisin təyinatı gələn həftənin əvvəlində açıqlana bilər.