Atletika üzrə II Ailə oyunları keçirilib

Atletika üzrə II Ailə oyunları keçirilib

Gənclər və İdman Nazirliyi və Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin və Azərbaycan atletikasının 100 illik yubileyinə həsr olunmuş II Ailə oyunları keçirilib. Respublika Olimpiya Mərkəzində təşkil olunan yarışda müxtəlif növlər üzrə 21 ailə iştirak edib. Qaydalara əsasən atalar tibbi top atma, analar yerindən uzunluğa tullanma, uşaqlar isə 60 metr məsafəyə qaçışda qüvvəsini sınayıb. Həmçinin, ailə üzvləri estafet yarışında mübarizə aparıblar. Yekun nəticələrə əsasən Süleymanovlar ailəsi Ailə oyunlarının qalibi adını qazanıb. İbrahimovlar ailəsi ikinci yeri tutub. Burlovlar ailəsi isə üçüncü olub. Qaliblər diplom, medal, kubok və müxtəlif hədiyyələrlə mükafatlandırılıblar.