Kişi həndbolçular arasında Azərbaycan çempionatında V turun oyunları keçirilib. İlk 4 turda xal itirməyən “Kür” uğurlu çıxışını bu turda da davam etdirib. Komanda “Kür” Olimpiya Tədris İdman Mərkəzində qəbul etdiyi “İdman Akademiyası”na asanlıqla qalib gələrək (42:17), xallarının sayını 10-a çatdırıb.
Turun digər oyununda “Qarabağ” komandası “Təhsil”i üstələyib -22:36. “Bakı" və “Azəryol” komandalarının oyununda isə qonaqlar qələbəyə seviniblər. Oyun “Azəryol”un 29:31 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu nəticələrdən sonra "Kür” komandası 10 xalla turnir cədvəlinə başçılıq edir. “Bakı” və “Qarabağ” 6 xalla müvafiq olaraq, ikinci, üçüncü yerləri bölüşürlər.