“Euro Club Index” statistik internet portalı 2023/2024 mövsümündə Avropa Liqasının qalibi favoritlərin adını açıqlayıb. ECI hesablamalarına görə, İngiltərənin “Liverpul” komandası (38%) turnirdə qalib gəlmək ehtimalı yüksəkdir. Reytinqdə ikinci yerdə Leverkuzen” Bayer” (12%) qərarlaşıb. İlk üçlüyü İtaliyanın “Milan”ı (7%) qapayır. İngiltərənin "Brayton” (6%) və “Vest Hem” (5%), eləcə də İtaliyanın "Atalanta" (5%) Avropa Liqasını qazanmaq şansı "Milan"dan bir qədər azdır.
Xatırladaq ki, bu gün, dekabrın 18-də İsveçrənin Nyon şəhərində Avropa Liqasının 2023/2024 mövsümünün pley-off oyunlarının püşkatma mərasimi keçiriləcək. Püşkatma mərasimində 16 komanda Avropa Liqasının qrup mərhələsində ikinci yeri tutmuş səkkiz klub və Çempionlar Liqasının qrup mərhələsində üçüncü yeri tutmuş səkkiz klub iştirak edəcəklər.