Misli Premyer Liqası: "Qarabağ" "Neftçi"yə qalib gəldi - YENİLƏNİB

Misli Premyer Liqası: "Qarabağ" "Neftçi"yə qalib gəldi - YENİLƏNİB

Futbol üzrə Azərbaycan Premyer Liqasında XVII turun oyunlarına yekun vurulub. Turun son oyunu Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunub. Mərkəzi oyunda son çempion “Qarabağ” “Neftçi”ni qəbul edib. Oyun Qurban Qurbanovun komandasının qələbəsi ilə yekunlaşıb -2:0. Meydan sahiblərinin heyətində matçın 71-ci dəqiqəsində Yassin Benzia, 90+2-ci dəqiqədə isə Hamidu Keyta fərqlənib. “Qarabağ” klubu bu qələbə ilə xallarının sayını 38-ə çatdıraraq liderliyini bir qədər də möhkəmlədib. “Neftçi” isə 25 xalla beşinci pillədə qərarlaşır.

 

19:50

Bu gün Misli Premyer Liqasının XVII turuna yekun vurulacaq. Saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionun keçiriləcək qarşılaşmada "Qarabağ" "Neftçi"ni qəbul edəcək.

Misli Premyer Liqası

2-ci dövrə, XVII tur

“Qarabağ”– “Neftçi”

Hakimlər: Rəvan Həmzəzadə, Namiq Hüseynov, Vüsal Məmmədov, Kamal Umudlu

Hakim-inspektor: Rəhim Həsənov