Bu gün qadın voleybolçular arasında Azərbaycan çempionatında 2023-cü ilin son oyunları keçiriləcək. Günün ilk matçında “Azərreyl” komandası və “Gəncə” ilə qarşılaşacaq. Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunacaq oyun saat 13:00-da başlayacaq.
Bu oyundan sonra isə meydana “Milli Aviasiya Akademiyası” və “Murov Az Terminal” komandaları çıxacaq. İlin son matçı saat 15:00-da start götürəcək. Bununla həm də qadın voleybolçular arasında ölkə çempionatında 7-ci turun oyunlarına yekun vurulacaq.