Səudiyyə Ərəbistanında keçirilən klublararası dünya çempionatında ilk finalçı müəyyənləşib. Yarımfinalda Misirin "Əl-Əhli" və Braziliyanın "Fluminense" klubları üz-üzə gəlib. Matç Braziliya təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Beləliklə, klublararası dünya çempionatında ilk dəfə iştirak edən "Fluminense" finala yüksəlib. Komandanın rəqibi “Mançester Siti” (İngiltərə) - “Urava Red Daymonds” (Yaponiya) cütünün qalibi olacaq. Final və 3-cü yer uğrunda görüşlər dekabrın 22-də keçiriləcək.
"Fluminense" - "Əl-Əhli" - 2:0
Qollar: Arias, 71-pen. Con Kennidi, 90